BAKI, 21 yanvar. TELEQRAF

“İsrail və Türkiyənin ABŞ Prezidenti Donald Tramp tərəfindən Qəzza zolağı ilə bağlı yaradılan Sülh Şurasında iştirakı bu iki ölkə arasında münasibətlərin yaxşılaşması və mövcud gərginliyin azalmasına kömək edəcək”.

Teleqraf xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayındəsi Stiven Uitkoff deyib.

“İsrail Baş naziri Benyamin Netanyahu ilə bu barədə danışmışam. O, şuraya qoşulmağın böyük əhəmiyyət daşıdığını bilir. İsraillə Türkiyə, eləcə də Qətər arasında müəyyən gərginlik var, bundan xəbərdarıq. Bizim etməyə çalışdığımız isə bu iki ölkə arasında dialoqun qurulmasını təmin etməkdir”, - Uitkoff bildirib.