BAKI, 18 yanvar. TELEQRAF
Bu gün Suriyanın paytaxtı Dəməşqdə Suriya, ABŞ və “Suriya Demokratik Qüvvələri”nin (SDQ) nümayəndələri arasında yüksək səviyyəli üçtərəfli görüş keçiriləcək.
Teleqraf-ın "Al Jazeera"ya istinadən verdiyi məlumata görə, bu barədə Suriyanın İnformasiya Nazirliyi rəsmi məlumat yayıb.
Bildirilib ki, danışıqlarda Suriya Prezidenti Əhməd Şaraa, ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak və "Suriya Demokratik Qüvvələri"nin (SDQ) baş komandanı Məzlum Abdi iştirak edəcəklər.
Məlumata əsasən, görüş günün ikinci yarısında baş tutacaq. Danışıqlarda müzakirə ediləcək mövzuların detalları isə hələlik açıqlanmayıb.