BAKI, 7 sentyabr. TELEQRAF

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi çərçivəsində növbəti panel sessiyası keçirilib.

Teleqraf xəbər verir ki, sessiyada yüksək bütövlüyə malik karbon bazarlarının iqlim maliyyəsinin səfərbər edilməsində və qlobal iqlim fəaliyyətinin sürətləndirilməsində rolu müzakirə olunub.

Panel zamanı Paris sazişi çərçivəsində karbon bazarı mexanizmlərinin tətbiqi, bazarın bütövlüyünün və şəffaflığının gücləndirilməsi, həmçinin investisiyaların miqyasının artırılması üçün dövlət və özəl sektor arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə toxunulub.

Paneldə karbon bazarlarının ölkələrin iqlim hədəflərinə çatmasında rolu, bu sahədə qabaqcıl təcrübələr və yeni imkanlar müzakirə edilib.