BAKI, 18 yanvar. TELEQRAF

İranda davam edən iğtişaşlar zamanı Xuzistan əyalətinin İzə şəhərində bankların yandırılmasında təqsirləndirilən əsas təşkilatçı saxlanılıb.

Teleqraf "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İzə şəhərinin polis rəisi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının rəsmisi bildirib ki, şəhərin Hilal Əhmər (Qızıl Aypara) dörd yol ayrıcındakı bankların və bəzi ictimai obyektlərin yandırılmasından sonra xüsusi əməliyyat keçirilib. Vətəndaşlardan daxil olan məlumatlar və texniki-kəşfiyyat tədbirləri nəticəsində iğtişaşların əsas lideri və icraçısı İran Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Məlumata görə, saxlanılan şəxs dindirilmə zamanı cinayətini etiraf edib.