BAKI, 7 sentyabr. TELEQRAF
Avropa İttifaqı (Aİ) Ermənistanla əməkdaşlığın gücləndirilməsində maraqlıdır.
Teleqraf xəbər verir ki, bu barədə o, Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyo bildirib.
Aİ rəsmisi Ermənistan vətəndaşlarının 2029-cu ilə qədər Avropa İttifaqı ölkələrinə vizasız səfər edə biləcəkləri barədə qiymətləndirmənin nə dərəcədə real olması ilə bağlı suala cavab verərkən bu fikirləri səsləndirib:
“Artıq proses başlayıb və Ermənistanla daha sıx əməkdaşlığı necə quracağımız barədə bir sıra məsələləri müzakirə edirik. Digər yandan, viza rejiminin liberallaşdırılmasının nə vaxt baş verə biləcəyi barədə danışmaq hələ tez deyilmi? Hazırda konkret detallardan danışmaq hələ tezdir. Amma təsdiqləyə bilərik ki, bir sıra istiqamətlər üzrə müzakirələr aparılır və bu məsələlər yetkinləşən kimi Ermənistanla daha sıx tərəfdaşlığın növbəti mərhələsinə keçəcəyik”.
Hazırda Ermənistan-Aİ viza liberallaşdırılması üzrə fəaliyyət planında 74 meyar nəzərdə tutulur və proses mərhələli şəkildə həyata keçirilir.