BAKI, 7 sentyabr. TELEQRAF

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi çərçivəsində növbəti panel sessiyası keçirilib.

Teleqraf xəbər verir ki, panel Cənubi Qafqaz, Qara dəniz və Mərkəzi Asiya regionlarında bərpa olunan elektrik enerjisinin etibarlı, şəffaf və uyğunlaşdırılmış şəkildə ticarətinə imkan yaratmaqda bərpa olunan enerji sertifikatlarının və mənşə zəmanətlərinin roluna həsr olunub.

Sessiyada siyasətçilər, beynəlxalq təşkilatların, inkişaf maliyyə institutlarının nümayəndələri və bazar ekspertləri iştirak ediblər.

Müzakirələrdə yaşıl enerji dəhlizlərində bərpa olunan enerjinin sertifikatlaşdırılması və izlənilməsi məsələləri müzakirə olunub.

Eyni zamanda, milli və regional sertifikatlaşdırma və elektron reyestr sistemlərinin yaradılması üçün görülməli işlər nəzərdən keçirilib.