BAKI, 16 yanvar. TELEQRAF

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Vaşinqtonun vəziyyətin diplomatik yolla nizamlanması üçün İrana qarşı irəli sürdüyü tələbləri açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, Florida ştatında İsrail-Amerika Şurasının konfransında bildirib.

“Ümid edirəm ki, diplomatik həll tapılacaq. Dörd əsas məsələ var: uranın zənginləşdirilməsi, raketlər - öz arsenalını azaltmalıdırlar, faktiki olaraq malik olduqları nüvə materialı - təxminən 2 ton, 3,67-60 faiz səviyyəsində zənginləşdirilmiş uran və əlbəttə, proksi qüvvələr. Əgər onlar dünya birliyinə qayıtmaq istəyirlərsə, bu dörd problemi diplomatik yolla həll edə bilərik. Bu, əla olar. Alternativ isə, məncə, pisdir”.