BAKI, 16 yanvar. TELEQRAF
İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ölkədə davam edən genişmiqyaslı etirazları “planlaşdırılmış böyül sui-qəsd” adlandırıb.
Teleqraf xəbər verir ki, o, bəyanatında İranın hazırkı Prezidenti Məsud Pezeşkian və onun administrasiyasına dəstəyini ifadə edib.
“Xalq etirazlarının ilk günlərində hökumətin nümayiş etdirdiyi davranışı görməzdən gəlmək ədalətsizlikdir”, - Xatəmi deyib.
Keçmiş prezident baş verənlərə görə İsrail və ABŞ-ni ittiham edib:
“İsrail rəsmilərinin açıqlamaları və ABŞ-nin etirazçılara dəstəyi İrana qarşı böyük, planlaşdırılmış sui-qəsdin hazırlandığına dair heç bir şübhə yeri qoymur”.