İranın Ali dini rəhbəri Əli Xamenei ölkəsinin 12 günlük müharibədə ABŞ və İsraili məğlub etdiyini iddia edib.

Teleqraf xəbər verir ki, bu barədə o, “Avropadakı İslam Tələbə Assosiasiyaları İttifaqının illik toplantısı”na göndərdiyi mesajda bildirib.

“Burada söhbət nüvə məsələsi və buna bənzər mövzulardan yox, ədalətsiz nizam və indiki dünyada hegemon güclərin təzyiqi ilə mübarizə, ədalətli milli və beynəlxalq İslam sisteminə keçiddən gedir”, - Xamenei deyib.

İran lideri əlavə edib ki, 12 günlük müharibə zamanı İrana hücum edən ABŞ və İsrail məğlub edilib.