BAKI, 1 dekabr. TELEQRAF
ABŞ prezidenti Donald Tramp İsrailin yeni Suriya hakimiyyəti ilə dialoqu davam etdirməsini son dərəcə vacib hesab etdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti "Truth Social" sosial şəbəkəsində yazıb.
"İsrailin Suriya ilə güclü və səmimi dialoq aparması çox vacibdir ki, sonuncunun çiçəklənən bir dövlətə çevrilməsinə heç nə mane olmasın", - deyə o bildirib.
D.Tramp qeyd edib ki, Yaxın Şərqdəki hazırkı vəziyyət vacib bir "tarixi fürsətdir".