BAKI, 7 sentyabr. TELEQRAF

Almaniya tərəfinin qeyri-dost hərəkətləri, o cümlədən Bonndakı Rusiya Baş Konsulluğunun və Berlindəki Rusiya Elm və Mədəniyyət Evinin bağlanması ilə əlaqədar olaraq, Moskvadakı alman diplomatlar mümkün cavab tədbirləri barədə məlumatlandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"Rusiya tərəfi Sankt-Peterburqda Almaniya Federativ Respublikasının Baş Konsulluğunun fəaliyyətinə verdiyi razılığı geri götürür və bu konsulluq 18 sentyabr 2026-cı il tarixindən gec olmayaraq fəaliyyətini dayandırmalı və bütün işçiləri göstərilən tarixdən gec olmayaraq Rusiya Federasiyasının ərazisini tərk etməlidir."

Rusiya Federasiyasındakı Alman Höte Mədəniyyət Mərkəzləri fəaliyyətlərini dayandırmalıdır. Onların ezam olunmuş əməkdaşlarına 13 sentyabr 2026-cı il tarixindən gec olmayaraq Rusiyanı tərk etmək tapşırılıb.

Diplomatik missiya rəhbərinə Rusiya Xarici İşlər Nazirliyinin müvafiq notaları təqdim edilib.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, ikitərəfli münasibətlərdə yenidən gərginliyin yeni mərhələsinə səbəb olan Almaniya hakimiyyəti olub. Nəticələrə görə bütün məsuliyyət tamamilə Almaniya Federativ Respublikası hökumətinin üzərinə düşür.