BAKI, 26 noyabr. TELEQRAF
İran ABŞ ilə Tehranın nüvə proqramı ilə bağlı real, nəticəsi əvvəlcədən Vaşinqton tərəfindən müəyyən edilməyəcək danışıqlar aparmağa hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.
“Biz süni yox, real danışıqlara razıyıq. İstənilən danışıqların nəticəsi əvvəlcədən müəyyən edilməməlidir”, - o bildirib.