BAKI, 19 noyabr. TELEQRAF
Rəsmi Tehran İranın nüvə proqramı ilə bağlı ABŞ ilə danışıqların mənasız olduğuna inanır.
Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
“Danışıqların ikitərəfli xarakterini tanımayan, İrana hərbi müdaxilə və iranlı uşaqların öldürülməsi ilə fəxr edən və açıq şəkildə öz tələblərini irəli sürməyə çalışan tərəflə danışıqların heç bir məntiqi əsası yoxdur”, - o qeyd edib.
Baqayi əlavə edib ki, hazırda İran və ABŞ arasında danışıqlar aparılmır.