BAKI, 13 noyabr. TELEQRAF

“(İsraillə) 12 günlük müharibədən sonra xalqın minnətdarlığını qazanmaq üçün daha çox imkanlar yaradılacağı gözlənilirdi, amma bu sahələrin heç birində vəziyyət pisləşməsə də, yaxşılaşmayıb da”.

Teleqraf xəbər verir ki, bunu İranın keçmiş prezidenti Məhəmməd Xatəmi deyib.

“Çoxsaylı siyasətçilər, media nümayəndələri, fikir adamları və nüfuzlu şəxslərin çağırılması, məhkəməyə verilməsi halları artıb. Təhlükəsizlik qurumlarının həddindən artıq nəzarəti və müdaxiləsi təkcə hökumət sahələrinə deyil, həm də xalq və adi, qeyri-dövlət təşkilatlarına problemlər yaradır, hökumətin gözlənilən xidmətlərini həyata keçirməsinə mane olur”, - sabiq prezident bildirib.