BAKI, 01 oktyabr. TELEQRAF

İsrailin zərbələri nəticəsində su təchizatı sisteminin dağıdılması səbəbindən Qəzza şəhəri sakinləri gündəlik normanın 25 %-dən az su alırlar.

Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” televiziya kanalı məlumat yayıb.

Bildirilir ki, İsrail Müdafiə Ordusunun davam edən intensiv hücumları şəhərin su təchizatı sistemini demək olar ki, tamamilə məhv edib, mərkəzi su kəmərinin bütün quyularının 75%-dən çoxu sıradan çıxıb, kilometrlərlə şəbəkə dağıdılıb.

“Qəzzadakı insanlar su çatışmazlığından əziyyət çəkirlər, minimal gündəlik normanın 25 %-dən az su alırlar", - şəhər bələdiyyəsinin nümayəndəsi telekanala bildirib.