BAKI, 22 avqust. TELEQRAF
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi BMT-nin Qəzzada aclıqla bağlı dərc etdiyi hesabatı təkzib edib.
Teleqraf-ın xəbərinə görə, rəsmi açıqlamada bildirilib ki, İsrail fələstinliləri aclığa məhkum etmir, əksinə humanitar böhranın qarşısını almağa çalışır.
Ofis BMT sənədini “açıq yalan” adlandırıb.
Qeyd edək ki, BMT-nin son hesabatında Qəzza zolağında əhalinin ciddi ərzaq çatışmazlığı ilə üzləşdiyi və bunun ağır nəticələr doğura biləcəyi vurğulanırdı.