BAKI, 8 sentyabr. TELEQRAF
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın müdafiə heyəti müvəkkilinin cinayət işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) və ya Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət etməyi planlaşdırır.
Teleqraf xəbər verr ki, bu barədə onun vəkili Ovannes Xudoyan məlumat verib.
Vəkil Ermənistan məhkəmələrində müvəkkilinin işinə “obyektiv” qiymət verilməyəcəyi və daxili müdafiə imkanları tükənəcəyi halda bu addımı atacaqlarını bildirib.
Xatırladaq ki, Robert Köçəryan avqustun 27-də vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ittihamları ilə məhkəmənin qərarı əsasında iki aylıq həbs edilib.