BAKI, 8 sentyabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya, Ukrayna və ABŞ arasında növbəti görüşün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ), Türkiyədə və ya İsveçrədə keçirilə biləcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, mətbuat konfransında bildirib.

“Danışıqlar üçün mümkün məkanlar arasında digər ölkələr də nəzərdən keçirilir”, - Zelenski deyib.

Ukrayna lideri qeyd edib ki, mümkün olduqda bu görüşdə tərəflər enerji məsələləri və taxıl ixracı kimi məsələləri müzakirə edəcəklər: “Danışıqlar konkret nəticələrə gətirib çıxarmalıdır”.