BAKI, 8 sentyabr. TELEQRAF
“ABŞ-nin Rusiya ilə müharibənin dayandırılması üzrə planında Ukrayna üçün bəzi çox yaxşı ideyalar var”.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Bir neçə çox yaxşı və dəyərli ideya var. Onların həyata keçirilib-keçirilməyəcəyini, hansısa nəticənin olub-olmayacağını bilmirəm. Hələlik onların üzərində işləməyə davam edəcəyik”, - Ukrayna lideri bildirib.
Zelenski əlavə edib ki, bütün detallar işlənib hazırlanana qədər yeni təkliflərin təfərrüatlarını açıqlamayacaq.
Xatırladaq ki, Ukrayna Prezidenti ötən həftə Kiyevdə ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerlə görüşüb.