BAKI, 8 sentyabr. TELEQRAF
Macarıstan hökuməti Rusiya səfirliyinin 10 əməkdaşını diplomat statusu ilə bir araya sığmayan fəaliyyət göstərdikləri qənaətinə gəldiyi üçün ölkədən çıxarır.
Teleqraf xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Anita Orban bildirib.
“Mənim göstərişimlə Xarici İşlər Nazirliyinin müvafiq nümayəndəsi Rusiyanın Macarıstandakı səfirinə məlumat verib ki, Macarıstan hakimiyyətinin qiymətləndirməsinə görə, Rusiya nümayəndəliyinin 10 əməkdaşı Macarıstanda Vyana Konvensiyasına əsasən diplomat statusu ilə bir araya sığmayan fəaliyyətlə məşğul olub. Bununla əlaqədar Macarıstan tərəfi həmin şəxslərdən ölkəni tərk etmələrini tələb edib.
Bu qərar Macarıstanın təhlükəsizliyinin və suverenliyinin qorunmasına xidmət edir. Bu, Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi demək deyil. Macarıstan qarşılıqlı hörmət və müəyyən edilmiş qaydalara riayət prinsipləri əsasında zəruri dialoqu davam etdirmək niyyətindədir”, - Macarıstan XİN rəhbəri X sosial şəbəkəsində yazıb.