BAKI, 14 avqust. TELEQRAF
Suriya İran Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin olduğu Livanın paytaxtı Beyruta uçan təyyarənin hava məkanından keçməsinə icazə verməkdən imtina edib.
Teleqraf xəbər verir ki, bu barədə “Maariv” məlumat yayıb.
Nəticədə İraqdan birbaşa Livana uçmalı olan təyyarə Suriya hava məkanından yan keçərək, Türkiyə ərazisindən keçmək məcburiyyətində qalıb.
Qeyd edək ki, İran Təhlükəsizlik Şurasının katibi 12-13 avqust tarixlərində Livanda səfərdə olub.