BAKI, 11 avqust. TELEQRAF

Ermənistan və İran Bakı ilə İrəvan arasında əldə olunan sülh razılaşmasında irəliləyişi və regional sabitlik məsələlərini müzakirə etmək üçün yüksək səviyyəli görüş keçirməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

Onun sözlərinə görə, Tehran Cənubi Qafqazda, xüsusilə Ermənistan və Azərbaycanla yaxın əlaqələr qurub.

"İran qonşu ölkələrlə dostluq və qarşılıqlı fayda üzərində qurulan münasibətləri yüksək qiymətləndirir. Tehran bu ölkələrlə, xüsusən də İrana təsiri olan məsələlərdə əlaqələri davam etdirir".