BAKI, 4 avqust. TELEQRAF

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün ABŞ ilə birbaşa danışıqların aparılması ehtimalını rədd edib.

Teleqraf xəbər verir ki, o, bu barədə həftəlik mətbuat konfransı zamanı bildirib.

Bəqayi Jurnalistin müvafiq sualını belə cavablandırıb: “Xeyr, bundan söhbət gedə bilməz”.