BAKI, 28 iyul. TELEQRAF

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndə heyətinin yaxın iki həftədə İrana səfəri gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

O deyib ki, bu səfər zamanı əməkdaşlığın davam etdirilməsi yolları müzakirə olunacaq.

"Yeni qanuna uyğun şəkildə əməkdaşlıq formaları nəzərdən keçiriləcək",- diplomat qeyd edib.

Xatırladaq ki, iyulun 2-də İran Prezidenti Məsud Pezəşkian AEBA ilə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan qanunu imzalayıb.