BAKI, 7 iyul. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkian İsrail hakimiyyətinin onun üzərinə sui-qəsd cəhdi etdiyini, lakin bu cəhdin uğursuz olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, amerikalı jurnalist Taker Karlsona müsahibəsində danışıb.

Pezeşkian sui-qəsd cəhdinin təxminən bir həftə yarım əvvəl baş verdiyini və ABŞ-nin bu hadisədə iştirak etmədiyini vurğulayıb.

“Biz iclasdaydıq, növbəti addımları müzakirə edirdik. İsrailin casuslarından alınan kəşfiyyat məlumatları əsasında onlar iclas keçirdiyimiz əraziyə zərbə endirməyə çalışdılar”, – İran Prezidenti əlavə edib.