BAKI, 16 iyun. TELEQRAF

"Tehran nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququnu əsas və ayrılmaz hüquq hesab edir və bu hüququ müdafiə etmək üçün zərurət yaranarsa, güc tətbiq etməyə hazırdır".

Teleqraf xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.

“İran xalqının nüvə enerjisindən və ona bağlı elmi-tədqiqat sahələrindən faydalanmaq hüququ vardır. Bu, ölkənin inkişafına və cəmiyyətin rifahına xidmət edən əsas hədəfdir. Bu hüquq bizim konstitusion və milli haqqımızdır və heç kim onu bizdən ala bilməz. İran bu haqqını qorumaq üçün bütün vasitələrdən, o cümlədən gücdən istifadə etməkdən çəkinməyəcək”, – o qeyd edib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.