BAKI, 16 iyun. TELEQRAF
"İsrailin İrana qarşı həyata keçirdiyi hücumların məsuliyyəti ABŞ-nin üzərinə düşür".
Teleqraf xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.
“ ABŞ beynəlxalq hüququn bütün normalarını pozaraq İsrailə İrana qarşı hücumlar etməyə icazə verir”, – o qeyd edib.
Prezidentin sözlərinə görə, ABŞ-nin bu davranışı bölgədə gərginliyin artmasına səbəb olur və təhlükəsizliyi ciddi təhdid altına alır.
Xatırladaq ki, son günlər İsrail və İran arasında münasibətlər kəskin şəkildə gərginləşib.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.