BAKI, 13 iyun. TELEQRAF

ABŞ maraqlarının təmsilçisi İsveçrə səfiri Nadin Lozano İranın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ABŞ rəsmilərinin bəyanatları ilə bağlı ona etiraz bildirilib.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı İran XİN yayıb.

Qeyd olunur ki, İsveçrə səfiri ABŞ-nin maraqlarını təmsil edən diplomat qismində nazirliyə dəvət olunub.

Xatırladaq ki, ABŞ-nin İranda səfirliyi olmadığı üçün Vaşinqtonun maraqlarını bu ölkədə İsveçrə təmsil edir.