BAKI, 13 iyun. TELEQRAF
İsrailin hücumuna məruz qalan İranın Natanz nüvə obyektində radioaktiv sızıntı təsbit edilib.
Teleqraf xəbər verir ki, bu barədə “Kanal 12” İranın Atom Enerjisi Təşkilatına istinadla məlumat yayıb.
“Natanz nüvə obyektinin içində radioaktiv sızıntı təsbit olunub, amma obyektin kənarında bir sızıntının olduğuna dair sübut yoxdur”, - məlumatda deyilir.