BAKI, 26 may. TELEQRAF

"Tehranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün dolayı danışıqların gündəliyinə İran və ABŞ tərəfləri arasında müvəqqəti saziş məsələsi daxil edilməyib".

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi məlumat verib.

“ABŞ ilə müvəqqəti razılaşma hələlik gündəmdə deyil. Ona görə də danışıqların beşinci raundu zamanı bu məsələnin qaldırılmaması təbiidir”, - iranlı diplomat bildirib.

İsmayıl Bəqayi İranın ABŞ ilə müvəqqəti razılaşma istəmədiyini vurğulayıb.

Xatırladaq ki, İran və ABŞ arasında danışıqların beşinci raundu mayın 24-də Romada (İtaliya) keçirilib.