BAKI, 20 may. TELEQRAF
İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saatda azı 43 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" kanalı məlumat yayıb.
Məlumata görə, İsrail ordusu ən güclü zərbəsini Qəzza şəhərinə və Fələstin anklavının mərkəzi hissəsinə vurub.
Telekanal qeyd edib ki, bazar ertəsi Qəzza zolağına atılan atəşlər nəticəsində ümumilikdə 126 nəfər həlak olub.