BAKI, 22 iyun. TELEQRAF

İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi Omana uçub.

Teleqraf xəbər verir ki, bu barədə Əraqçi Telegram kanalında məlumat yayıb.

Səfərin məqsədi Hörmüz boğazının gələcək idarəçiliyi ilə bağlı məsələləri müzakirə etməkdir.

Səfər zamanı Oman sultanı Heytəm bin Tariq Əl Səidlə görüş planlaşdırılır.