BAKI, 18 aprel. TELEQRAF
ABŞ Suriyadakı silahlı qüvvələrinin sayını azaldır.
Teleqraf xəbər verir ki, bu barədə “New York Times” (NYT) qəzeti məlumat yayıb.
Qəzetə danışan rəsmilərin sözlərinə görə, ABŞ Suriyadakı hərbi mövcudluğunu azaldır. Bu çərçivədə Suriyadakı 2000-lik ABŞ canlı qüvvəsinin sayının 1400-ə endiriləcəyi bildirilib.
Məqalədə ABŞ-nin Suriyanın şimal-şərqindəki səkkiz bazasından üçünü bağlamaq planının bir hissəsi olaraq yüzlərlə əsgərini geri çəkməyə başladığı vurğulanıb.
Məlumatda ABŞ Müdafiə Nazirliyinin Suriya ərazisində ən azı 500 hərbçinin qalmasını tövsiyə etdiyi qeyd olunub. Digər yandan, ABŞ Prezidenti Donald Trampın Suriyada hərbi qüvvə saxlamaq məsələsinə müsbət yanaşmadığı iddia edilib.