
BAKI, 11 aprel. TELEQRAF
ABŞ-nin İrana qarşı davam edən aqressiv ritorikasına baxmayaraq, Tehran danışıqlara başlamağa qərar verdiyi üçün Vaşinqton bunu dəyərləndirməlidir.
Teleqraf xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai bildirib.
"Biz diplomatiyaya real şans veririk. ABŞ bu qərarı dəyərləndirməlidir. Bu qərar onların davam edən aqressiv ritorikasına baxmayaraq qəbul olunub. Biz qabaqcadan nəticə çıxarmırıq. Biz proqnoz vermirik", – o qeyd edib.
Qeyd edək ki, İran və ABŞ nümayəndə heyətləri arasında ilk məsləhətləşmə raundu aprelin 12-də Omanda keçiriləcək.