BAKI, 10 aprel. TELEQRAF

Hazırkı şərtlər daxilində Türkiyə və İsrail arasında normallaşma mümkün görünmür.

Teleqraf xəbər verir ki, bu barədə “Hürriyet” yazır.

Türkiyə nəşri qeyd edir ki, ABŞ Prezidenti Donald Trampın iki ölkə arasında vasitəçilik səyləri nəticə verməyə bilər:

“İsrailin hazırkı münasibəti fonunda Türkiyə ilə bu ölkə arasında normallaşma mümkün görünmür. Normallaşma addımı üçün İsrail Qəzzadan çəkilməlidir. Bununla belə, Fələstin və İsrail arasında iki dövlətli həllin həyata keçirilməsi vacibdir. Ona görə də Ankara ABŞ-nin vasitəçiliyi ilə normallaşmanı öz gündəliyinə salmır.

Bütün bunlara baxmayaraq, Ankara Suriyada İsraillə qarşı-qarşıya gəlmək istəmir. Yəni bir münaqişə istəmir”.

Həmçinin nəşr əlavə edir ki, üçüncü ölkələr vasitəsilə normallaşma yönündə bir mexanizmin yaradılmasına səy göstərilə bilər.