BAKI, 22 mart. TELEQRAF

"Bizim Livandan İsrailə atılan raketlərlə heç bir əlaqəmiz yoxdur".

Teleqraf xəbər verir ki, bu barədə Hizbullah hərəkatı yaydığı bəyanatda bildirib.

Hizbullah yazılı açıqlamada İsrail ordusunun Livana hücumlarını davam etdirmək üçün iddialar irəli sürdüyünü bildirib.

"Atəşkəsə baxmayaraq, soyqırımçı İsrailin Livan torpaqlarına hücumları heç vaxt dayanmayıb. Hizbullah Livanın cənubundan işğal altındakı Fələstin ərazilərinə atılan raketlərlə əlaqəsini inkar edir” - bəyanatda deyilir.

Bəyanatda Hizbullahın Livan və İsrail arasında noyabrın 27-də qüvvəyə minmiş atəşkəs razılaşmasına sadiq qaldığı vurğulanıb.

"Livana qarşı bu sionist gərginliyi aradan qaldırmaq üçün dövlətin arxasındayıq" - bəyanatda vurğulanıb.

İsrail ordusu Livandan İsrailin şimalına atılan 3 raketin hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

Xatırladaq ki, Livan və İsrail arasında 27 noyabr 2024-cü ildə atəşkəs razılaşması imzalanıb.