BAKI, 17 mart. TELEQRAF

Livan Prezidenti Cozef Aun Suriya-Livan sərhədində insidentlərə görə orduya atəş açmağı əmr edib.

Teleqraf xəbər verir ki, o, bu barədə verdiyi açıqlamada Suriya ilə Livan arasında dünən axşam saatlarında başlayan qarşılıqlı atışmalara toxunaraq deyib:

“Şərq və şimal-şərq sərhədlərində baş verənlərin davam etməsinin heç bir yolu yoxdur və biz bunun davam etməsini qəbul etməyəcəyik. Açılan atəşə adekvat cavab verməyi tapşırıram", - deyə bildirib.

Suriyanın rəsmi xəbər agentliyi SANA dünən Müdafiə Nazirliyinin Media Ofisinə istinadən xəbər verib ki, "Hizbullah" üzvləri Suriya ordusunun üç əsgərini pusquya salaraq Livana aparıblar.

Xəbərdə "Hizbullah"ın həmin əsgərləri edam etdiyi bildirilir.

Təşkilat isə Suriya-Livan sərhədində baş verən hadisələrlə heç bir əlaqəsinin olmadığını qeyd olunub.