
BAKI, 12 mart. TELEQRAF
İran ABŞ Prezidenti Donald Trumpın ölkənin Ali Lideri Əli Xameneyə Tehranın nüvə proqramı ilə bağlı yazdığı məktubu hələ almayıb. Məktubun yaxın zamanda bir vasitəçi tərəfindən təhvil veriləcəyi gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib.
"Məktub göndərilib, amma bizə hələ çatmayıb. Yaxın zamanda məktubu Tehrana bir ərəb ölkəsinin nümayəndəsi göndərəcək”, - qeyd edib.