BAKI, 26 oktyabr. TELEQRAF

Azərbaycanla Özbəkistan ortaq tarixi irsi birgə araşdırmalıdır.

Teleqraf xəbər verir ki, bunu Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin direktoru Firdavs Abdulxaliqov bu gün Bakıda keçirilən “Özbəkistan və Azərbaycan: Ortaq tarixi irs, İslam sivilizasiyası və müasir elmi əməkdaşlıq” mövzusunda beynəlxalq elmi konfransda bildirib.

F.Abdulxaliqov iki ölkənin alimlərinin Bakı və Daşkənddə qorunan əlyazmaları birgə araşdırmasını, ortaq kitab və kataloqlar nəşr etməsini, sərgilər təşkil etməsini təklif edib.

O, həmçinin gənc alimlər arasında təcrübə mübadiləsinin genişləndirilməsinin, tarixi irsin qorunması və gələcək nəsillərə çatdırılması üçün birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.