BAKI, 26 oktyabr. TELEQRAF

Sabah Saatlı şəhərində qaz təchizatı dayandırılacaq.

Bu barədə Teleqraf-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Saatlı şəhər mərkəzinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.