BAKI, 26 oktyabr. TELEQRAF
Gürcüstan millisinin və Fransanın PSJ klubun futbolçusu Xviça Kvaratsxeliya bu gün Londonda keçiriləcək “Qızıl top” mükafatının təqdimetmə mərasimində iştirak edə bilməyəcək.
Teleqraf L’Équipe nəşrinə istinadən xəbər verir ki, buna səbəb 25 yaşlı hücumçunun UEFA Çempionlar Liqasının “Barselona” ilə oyununda (4:2) sağ dizinin ön çarpaz bağının qopması ilə nəticələnən zədə almasıdır.
Belə ki, futbolçu Dohada əməliyyat olunacağı üçün mərasimə qatılmayacaq.
Kvaratsxeliyadan fərqli olaraq, PSJ-nin digər hücumçusu Usman Dembele İngiltərənin paytaxtına yollanacaq. “Qızıl top”un hazırkı sahibi mərasimə təxminən 15 yaxın adamın müşayiəti ilə qatılmağı planlaşdırır.
Paris klubunun kapitanı Markinyos isə “Barselona” ilə matçda bud nahiyəsindən zədə aldığı üçün Londona getmək niyyətində deyil. Onun bu axşam PSJ ilə “Lion” arasında keçiriləcək Fransa Liqa 1-in oyununu stadiondan izləyəcəyi gözlənilir.