BAKI, 26 oktyabr. TELEQRAF
"CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.
"İsrail hərbi avadanlığı necə buraya daşıya bilər?! Bunu peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi", - deyə H.Hacıyev əlavə edib.