BAKI, 26 oktyabr. TELEQRAF

İraqın Meysan bölgəsinin Əyalət Şurasının sədri Mustafa Dəir Əbdülhəsən həbs olunub.

Teleqraf xəbər verir ki, qərar onun İranla sərhəd-keçid məntəqəsi açılmayacağı təqdirdə itaətsizliyə çağırmaq və yolları bağlamaqla hədələməsi səbəbindən verilib.

İraq Baş nazir Administrasiyası bu təhdidlərə görə Meysan Əyalət Şurasının sədrindən şikayət etmişdi.

Əbdülhəsən İranla Əl-Şeyb sərhəd-keçid məntəqəsi açılmayacağı təqdirdə bütün yolları bağlayacağı ilə hədələmişdi.