BAKI, 26 oktyabr. TELEQRAF
Azərbaycan əleyhinə dezinformasiyanın qarşısını almaq üçün öz sistemimizi qurmuşuq.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.
"CNN-in bu yaxınlarda ölkəmizə qarşı yaydığı xəbərlə bağlı biz beynəlxalq məhkəməyə müraciət etmişdik. Süni intellekt dezinformasiyada rol oynayır. Görünür, bu kampaniya əvvəlcədən planlaşdırılmayıb, lakin nəticədə yanlış məlumat xəbər kimi təqdim edilib.
Hesab edirəm ki, media qurumları məsuliyyət daşıyırlar. Onlar məlumatları dərc etməkdən yayınmaq əvəzinə, rəsmi şəxslərə müraciət etməli, məsələyə aydınlıq gətirməli və təqdim olunan məlumatların doğruluğunu yoxlamalıdırlar", - deyə H.Hacıyev əlavə edib.