BAKI, 25 may. TELEQRAF

Türkiyə olaraq, güclü əlaqələrimiz əsasında qardaş Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın və həmrəyliyimizin inkişafına davam edəcəyik.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunda qeyd olunub.

"İnanıram ki, güclü həmrəyliyimiz, əməkdaşlığımız və birgə layihələrimiz qarşıdakı dövrdə də xalqlarımızın rifahına, həmçinin regionumuzda sülhə, sabitliyə və inkişafa əhəmiyyətli töhfələr verməyə davam edəcək. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və həmrəylik ruhunun bütün Türk dünyasında, xüsusən də Türk Dövlətləri Təşkilatının çətiri altında əməkdaşlığımızın və həmrəyliyimizin inkişafına müsbət təsirini və töhfəsini görmək də xoşdur", - təbrikdə vurğulanıb.