BAKI, 1 iyul. TELEQRAF
ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevaranın diplomatik missiyası başa çatıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
“O, bu müddət ərzində ABŞ-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə, ABŞ-nin dəyərlərinin və nailiyyətlərinin tanıdılmasına mühüm töhfə verdi”,- məlumatda belə qeyd olunub.