TBİLİSİ, 16 may. TELEQRAF

“Avropa Şurası Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını dəstəkləyir”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Alen Berse Tiranada keçirilən Avropa Siyasi Birliyinin 6-cı sammitində deyib.

Onun sözlərinə görə, Avropa Şurası Gürcüstan, Ermənistan və Azərbaycanla sıx əməkdaşlıq edir.

Baş katib Azərbaycan və Ermənistanla təmasda olduğunu qeyd edib.

“Tezliklə Azərbaycan tərəfi ilə görüşdən sonra müzakirələr aparmaq üçün gələn ay Ermənistana səfər edəcəyəm. Biz hamımız bütün bölgədə sülh və sabitliyi təmin etmək üçün əlimizdən gələni etməliyik”, - A.Berse söyləyib.