BAKI, 18 mart. TELEQRAF

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çanaqqala Zəfəri ilə bağlı paylaşım edib.

Teleqraf xəbər verir ki, bu barədə o, rəsmi "X" hesabında qeyd edib.

"Bu gün, Çanaqqala Zəfərinin 110-cu ildönümündə, azadlıq və müstəqillik yolunda öz canlarını qurban vermiş qəhrəman şəhidləri və qazilərimizi dərin ehtiramla yad edirik. Çanaqqala keçilməz, vətən bölünməz",- paylaşımda belə deyilir.