
TBİLİSİ, 18 mart. TELEQRAF
"Gürcüstan qonşuları - Azərbaycan və Ermənistanın səylərini hər zaman dəstəkləyib və təşviq edib".
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Nyu Dehlidə keçirilən “Raisina Dialogue 2025” beynəlxalq konfransı çərçivəsində təşkil olunmuş “Təhlükəsiz gələcək naminə rəqabət və əməkdaşlıq” adlı müzakirələr zamanı deyib.
“Biz şadıq ki, Azərbaycan və Ermənistan sülhə aparan yolu tapıblar və bütün region üçün çox vacib olan sülh sazişini elan ediblər. Lakin Gürcüstanın iki bölgəsi hələ də Rusiyanın işğalındadır və bu, bizim region üçün ciddi təhlükə yaradır”, - XİN başçısı söyləyib.
M.Boçorişvili qeyd edib ki, işğal davam etdiyindən təhlükəsizlik problemləri qalmaqdadır və Gürcüstanın bu çağırışlara cavabı iqtisadi inkişaf, düzgün islahatlar olmalıdır.