
BAKI, 16 mart. TELEQRAF
Azərbaycanın Xarici İşlər Nazirliyi insan tələfatı ilə nəticələnmiş yanğınla əlaqədar Şimali Makedoniyaya başsağlığı verib.
Teleqraf xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında bildirilib.
“Şimali Makedoniya, Koçanidə onlarla insanın ölümünə yol açmış dəhşətli yanğın xəbərindən dərindən kədərləndik. Bu ürəkparçalayan itki ilə üzləşən hər kəsə ən səmimi başsağlığımızı bildirir və yaralananların tezliklə tam sağalmasını ümid edirik”, – XİN-in paylaşımında deyilir.
Deeply saddened by the news on devastating fire in #Kočani, #NorthMacedonia that has claimed the lives of dozens.
— MFA Azerbaijan (@AzerbaijanMFA) March 16, 2025
We offer our sincerest condolences to all those affected by this heartbreaking loss, and we hope for a quick and full recovery for those who have been injured.…